Yuxarı

Bakı-Tbilisi-Qars xətti üzrə hərəkət edəcək sərnişin qatarı Gürcüstanda test olunur

Bakı-Tbilisi-Qars xətti üzrə hərəkət edəcək sərnişin qatarı Gürcüstanda test olunur

Bakı-Tbilisi-Qars istiqaməti üzrə hərəkət edəcək “Stadler” şirkətinin ilk sərnişin qatarı Türkiyədən Gürcüstana gəlib.

“Report”un yerli bürosu xəbər verir ki, Azərbaycan tərəfinin aldığı qatar hazırda Axalkalaki dəmir yolu stansiyasındadır və test rejimində sərnişinlərsiz Gürcüstan dəmir yolları ilə hərəkət edəcək.

Axalkalaki dəmir yolu hissəsində 1 520 metr uzunluqda postsovet dövrüə aid dəmir yolu xətləri Avropa standartlarına uyğun relslərlə birləşdirilib. “Stadler” qatarının hər iki hissəni maneəsiz qət etmək imkanı var.

İsveçrədən hərəkətə başlayan test qatarı Tbilisiyə çatandan sonra Bakıya yola düşəcək.

Qeyd edək ki, BTQ dəmir yolu vasitəsilə sərnişinlərin daşınmasına bu il başlanılması planlaşdırılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi