Bakı Metropoliteni Fransa şirkətindən idarəetmə və işarəvermə avadanlıqları alacaq

Bakı Metropoliteni Fransa şirkətindən idarəetmə və işarəvermə avadanlıqları alacaq Bakı. 8 noyabr. REPORT.AZ/ “Bakı Metropoliteni” QSC III – “Bənövşəyi xətt”ində qatarların hərəkətinin təşkili uçün Fransanın THALES SA şirkəti ilə müqavilə imzalayıb, bu şirkətdən idarəetmə və işarəvermə avadanlıqları alacaq.
İnfrastruktur
8 Noyabr , 2018 16:06
Bakı Metropoliteni Fransa şirkətindən idarəetmə və işarəvermə avadanlıqları alacaq
0 : 00
0 : 00

Bakı. 8 noyabr. REPORT.AZ/ “Bakı Metropoliteni” QSC III – “Bənövşəyi xətt”ində qatarların hərəkətinin təşkili uçün Fransanın THALES SA şirkəti ilə müqavilə imzalayıb, bu şirkətdən idarəetmə və işarəvermə avadanlıqları alacaq".

“Report”un məlumatına görə, bunu “Bakı Metropoliteni” QSC-nin istismar üzrə baş mühəndisi Əlixan Osmanov bu gün metropoliten işçilərinin peşə bayramı münasibəti ilə keçirilən tədbirdə bildirib.

Onun sözlərinə görə, ilkin mərhələdə alınacaq avadanlıqlar “Avtovağzal” və “Memar Əcəmi-2” stansiyalarında istifadə ediləcək: “Yeni sistemin tətbiqi ilə bütün idarəetmə və işarəvermənin tam avomatlaşdırılması, həmçinin bu sahədə insan əməyinin minimuma endirilməsi nəzərdə tutulub”.

Baş mühəndis onu da deyib ki, hazırda “Qırmızı xətt” (“Həzi Aslanov” – “İçəri Şəhər” stansiyaları arası) “Yaşıl xətt” (“Dərnəgül” – “Xətai” stansiyaları arası) “28 may” stansiyasında kəsişir və bu iki xəttin bir-birindən ayrılması ilə qatarlararası intervalın azaldılması nəzərdə tutulub.

“Nəzərə alaq ki, “Həzi Aslanov” stansiyasından hərəkət edən qatarlardan biri “İçəri şəhər”, digəri isə “Dərnəgül” istiqamətinə hərəkət edir. Bu baxımdan, “Həzi Aslanov” – “28 may” stansiyaları arasında hərəkət intervalı 2 dəqiqə olsa da, bu özünü “28 may” – “Dərnəgül” stansiyaları arasında 4 dəqiqə olaraq göstərir. Xətlərin ayrılmasından sonra isə “28 may” – “Dərnəgül” mənzilində hərəkət intervalını 2 dəfə azaltmaq imkanı yaranacaq, yeni tunelin tikintisindən sonra Yaşıl və Qırmızı xətlər üzrə qatarlar bir-birindən müstəqil hərəkət etmək imkanı qazanacaqlar. Belə ki, "Qırmızı xətt" üzrə “Həzi Aslanov” stansiyasından hərəkət edən qatar birbaşa “İçəri Şəhər” stansiyasına gedəcək. “Dərnəgül” istiqamətinə getmək istəyən sərnişinlər isə “28 may” stansiyasında "Yaşıl xətt"ə keçərək hərəkətlərini davam etdirəcəklər. "Yaşıl xətt" üzrə “Dərnəgül” stansiyasından hərəkət edən qatarın son dayanacağı isə “Xətai” stansiyası olacaq”, - deyə Ə.Osmanov əlavə edib.

Son xəbərlər

Orphus sistemi