Yuxarı
    Bağlamaq

    Azərbaycan Qazaxıstandan yeni teplovozlar alıb

    Teplovozlar sahə üzrə 3 200 tonluq yük qatarını sərbəst daşıya bilər© report.az

    Bakı. 13 mart. REPORT.AZ/ Qazaxıstandan Azərbaycana yeni teplovozlar tədarük edilib. "Report"un "Kazakh-tv.kz" saytına istinadən verdiyi məlumata görə, "Azərbaycan Dəmir Yolları" QSC ilə Qazaxıstanın "Lokomotiv quraşdırma" SC arasında əldə edilən razılaşma əsasında ölkəyə yeni istehsal edilmiş, yükdaşıma üçün nəzərdə tutulan TE33A "Evalution" tipli teplovozların növbəti partiyası çatdırılıb.

    Qeyd edək ki, Azərbaycana gətirilən bu teplovozlar dizel yanacağının sərfiyyatına görə, iqtisadi cəhətdən sərfəli, 6 oxlu, 2 kabinalı, dəyişən cərəyanla işləyən asinxron dartı mühərriki ilə təchiz edilib, çəkisi 138 ton, gücü (4 400 at gücü) 3 356 kVt-dır.

    Xatırladaq ki, bu teplovozların birincisi 2015-ci ildə Çinin Şixezi şəhərindən çıxan ilk konteyner qatarını Azərbaycana gələndə ölkəyə gətirilib. Teplovozlar sahə üzrə 3 200 tonluq yük qatarını sərbəst daşıya bilər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi