Yuxarı

"Xeyirlə Şərin rəqsi" filminin çəkilişləri başa çatıb

Çingiz Abdullayevin Quba kapriççiosu romanı əsasında ekranlaşdırılan filmin oktyabrda təqdimatı olacaq

Bakı. 17 sentyabr. REPORT.AZ/ Azərbaycanın tanınmış dedektiv yazıçısı, Yazıçılar Birliyinin katibi Çingiz Abdullayevin "Quba kapriççiosu" romanı əsasında ekranlaşdırılan "Xeyirlə Şərin rəqsi" filminin çəkilişləri başa çatıb. 

Çingiz Abdullayev "Report"a açıqlamasında deyib ki, oktyabrda filmin təqdimatı olacaq.

Onun sözlərinə görə, filmi kinorejissor, əməkdar incəsənət xadimi Yavər Rzayev çəkib. Filmdə baş rolu -Dronqo obrazını müğənni İlqar Muradov oynayıb: "Film hazırdır. Bir ayadək filmin təqdimat mərasimi olacaq". 

Ç.Abdullayev həmçinin bildirib ki, xaricdə iki yeni kitabı çap edilib. Yaxın vaxtlarda həmin kitablar Bakıya gətiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi