"Xeyirlə Şərin rəqsi" filminin çəkilişləri başa çatıb

"Xeyirlə Şərin rəqsi" filminin çəkilişləri başa çatıb Çingiz Abdullayevin "Quba kapriççiosu" romanı əsasında ekranlaşdırılan filmin oktyabrda təqdimatı olacaq
İncəsənət
17 Sentyabr , 2015 13:29
Xeyirlə Şərin rəqsi filminin çəkilişləri başa çatıb

Bakı. 17 sentyabr. REPORT.AZ/ Azərbaycanın tanınmış dedektiv yazıçısı, Yazıçılar Birliyinin katibi Çingiz Abdullayevin "Quba kapriççiosu" romanı əsasında ekranlaşdırılan "Xeyirlə Şərin rəqsi" filminin çəkilişləri başa çatıb. 

Çingiz Abdullayev "Report"a açıqlamasında deyib ki, oktyabrda filmin təqdimatı olacaq.

Onun sözlərinə görə, filmi kinorejissor, əməkdar incəsənət xadimi Yavər Rzayev çəkib. Filmdə baş rolu -Dronqo obrazını müğənni İlqar Muradov oynayıb: "Film hazırdır. Bir ayadək filmin təqdimat mərasimi olacaq". 

Ç.Abdullayev həmçinin bildirib ki, xaricdə iki yeni kitabı çap edilib. Yaxın vaxtlarda həmin kitablar Bakıya gətiriləcək.

Son xəbərlər

Orphus sistemi