Yuxarı

Nazirlik: YUĞ Teatrının binası söküləcək

Teatrın kollektivinin müvəqqəti olaraq yerləşdirilməsi və fəaliyyəti üçün zəruri işlər həyata keçirilir

“Yuğ” Teatrı üçün yeni binanın tikintisi məsələsi də gündəmdədir

Bakı. 14 yanvar. REPORT.AZ/ Mədəniyyət və Turizm Nazirliyi YUĞ Dövlət Teatrının binasının söküləcəyini təsdiqləyib. 

Nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, Bakı şəhərinin baş planına uyğun olaraq, Yasamal rayonu ərazisində söküntü, abadlıq işləri həyata keçirilir və aparılan yenidənqurma işlərinin planına uyğun olaraq, həmin ərazidə yerləşən Azərbaycan Dövlət “Yuğ” teatrının (M.Muxtarovküçəsi,83) binasının da sökülməsi nəzərdə tutulub: "Mədəniyyət və Turizm Nazirliyi tərəfindən teatrın kollektivinin müvəqqəti olaraq yerləşdirilməsi və fəaliyyəti üçün zəruri işlər həyata keçirilir. Teatrın müvəqqəti fəaliyyət göstərməsi üçün ünvan məlum olduqdan sonra teatrsevərlərə bu barədə məlumat veriləcək".

Nazirlikdən bildirilib ki, “Yuğ” Teatrı üçün yeni binanın tikintisi məsələsi də gündəmdədir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi