İosif Kobzon vəfat edib

İosif Kobzon vəfat edib Bakı. 30 avqust. REPORT.AZ/ Məşhur sovet və rusiyalı müğənni İosif Kobzon bu gün 80 yaşında Moskvada vəfat edib.
İncəsənət
30 Avqust , 2018 14:25
İosif Kobzon vəfat edib
0 : 00
0 : 00

Bakı. 30 avqust. REPORT.AZ/ Məşhur sovet və rusiyalı müğənni İosif Kobzon bu gün 80 yaşında Moskvada vəfat edib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə müğənninin həyat yoldaşının köməkçisi bildirib.

Qeyd edək ki, 2005-ci ildə İ.Kobzona xərçəng diaqnozu qoyulub. O, bu ilin iyunun 20-də ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib, bir neçə dəfə əməliyyat olunub və kimyaterapiya kursu keçib. İyulun 27-də müğənni süni nəfəs aparatına qoşulub.

Xatırladaq ki, Kobzon 1937-ci il sentyabrın 11-də Ukraynanın Donetsk vilayətinin Çasov Yar şəhərində anadan olub, uşaqlıqdan oxumağa başlayıb. Hələ 9 yaşı olarkən o, Kremldə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi İosif Stalinin qarşısında çıxış edib.

İosif Kobzon Rusiya və Azərbaycan arasında mədəni əlaqələrin inkişafında böyük xidmətlərinə görə Azərbaycan Prezidentinin fəxri diplomu, Şöhrət ordeni və Dostluq ordeni ilə təltif edilib. 

Son xəbərlər

Orphus sistemi