Yuxarı
    Bağlamaq

    Disney "Zveropolis" filminə görə plagiatda ittiham olunur

    Həqiqətə çağırış filminin ssenaristi Qeri Qoldmen Zveropolis animasiya filminə görə Walt Disney Company studiyasını plaqiatda ittiham edib

    Bakı. 22 mart. REPORT.AZ/ "Həqiqətə çağırış" filminin ssenari müəllifi Qeri Qoldmen "Zveropolis" animasiya filminə görə "Walt Disney Company" studiyasını plaqiatda ittiham edib.

    Bu barədə "Report" "Gazeta.ru"ya istinadən xəbər verir.

    Q.Qoldmenin sözlərinə görə Disney studiyası onun ideyasının oğurlayıb. Bununla bağlı ssenarist iddia qaldırıb. O bildirib ki, 2000 və 2009-cu illərdə o, öz layihəsini studiyanın əməkdaşlarına təqdim etsə də, mənfi cavabı alıb.

    Bundan başqa Q.Qoldmen deyib ki, Disney nəinki başqa müəlliflərin orijinal materialın icazəsiz nüsxəsini qəbul edir, həm də belə praktikanı təşviq edir.

    Disney nümayəndəsi bütün ittihamları rədd edərək bildirib ki, bu, Q.Qoldmenin iştirakı olmadan ərsəyə gələn uğurlu filmə əsassız bir iddiadır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi