Disney "Zveropolis" filminə görə plagiatda ittiham olunur

Disney "Zveropolis" filminə görə plagiatda ittiham olunur "Həqiqətə çağırış" filminin ssenaristi Qeri Qoldmen "Zveropolis" animasiya filminə görə "Walt Disney Company" studiyasını plaqiatda ittiham edib
İncəsənət
1437
22 Mart , 2017 17:45
Disney Zveropolis filminə görə plagiatda ittiham olunur

Bakı. 22 mart. REPORT.AZ/ "Həqiqətə çağırış" filminin ssenari müəllifi Qeri Qoldmen "Zveropolis" animasiya filminə görə "Walt Disney Company" studiyasını plaqiatda ittiham edib.

Bu barədə "Report" "Gazeta.ru"ya istinadən xəbər verir.

Q.Qoldmenin sözlərinə görə Disney studiyası onun ideyasının oğurlayıb. Bununla bağlı ssenarist iddia qaldırıb. O bildirib ki, 2000 və 2009-cu illərdə o, öz layihəsini studiyanın əməkdaşlarına təqdim etsə də, mənfi cavabı alıb.

Bundan başqa Q.Qoldmen deyib ki, Disney nəinki başqa müəlliflərin orijinal materialın icazəsiz nüsxəsini qəbul edir, həm də belə praktikanı təşviq edir.

Disney nümayəndəsi bütün ittihamları rədd edərək bildirib ki, bu, Q.Qoldmenin iştirakı olmadan ərsəyə gələn uğurlu filmə əsassız bir iddiadır.

Son xəbərlər

Orphus sistemi