Alim Qasımov və qızı Parisdə konsert proqramı ilə çıxış edəcək

Alim Qasımov və qızı Parisdə konsert proqramı ilə çıxış edəcək Konsert proqramı Azərbaycanın Fransadakı səfirliyinin təşkilatçılığı ilə keçiriləcək
İncəsənət
1 Noyabr , 2016 17:34
Alim Qasımov və qızı Parisdə konsert proqramı ilə çıxış edəcək

Bakı. 1 noyabr. REPORT.AZ/ Azərbaycanın Xalq artisti Alim Qasımov və qızı, Əməkdar artist Fərqanə Qasımova noyabrın 5-də Parisdə konsert proqramı ilə çıxış edəcəklər.

"Report" xəbər verir ki, konsert proqramı Azərbaycanın Fransadakı səfirliyinin təşkilatçılığı ilə keçiriləcək.

“Philharmonie De Paris - Cite De La Musique”də reallaşacaq konsertdə sənətkarları tarda Zəki Vəliyev, kamançada Rauf İslamov, balabanda Rafael Əsgərov, zərb alətində Cavidan Nəbiyev müşayiət edəcək.

Son xəbərlər

Orphus sistemi