Yuxarı

Akademik Milli Dram Teatrının kollektivi Fəxri xiyabanı ziyarət edib

Teatrın kollektivi xalq artisti İlham Əsgərovun məzarını ziyarət etmək üçün Masallı rayonuna yola düşüb

Bakı. 3 yanvar. REPORT.AZ/ Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının kollektivi, teatrın bədii rəhbəri-baş rejissoru Azərpaşa Nemətin rəhbərliyi ilə Fəxri xiyabana gələrək, burada dəfn edilən sənət yoldaşlarının məzarlarını ziyarət edib.

"Report" xəbər verir ki, mərhum sənətkarların xatirələri yad edilib, məzarları üstünə gül dəstələri düzülüb, onların ruhuna dualar oxunub.

Akademik Milli Dram Teatrının kollektivi daha sonra Masallı rayonuna yola düşüb. Onlar bu rayonda dəfn edilən Milli Dram Teatrının mərhum aktyoru, xalq artisti İlham Əsgərovun məzarını ziyarət edəcəklər.

Qeyd edək ki, İlham Əsgərov 2015-ci ilin sentyabrın 6-da dünyasını dəyişib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi