“Toyota” ilə “Panasonic” şəbəkə texnologiyaları ilə bağlı birgə müəssisə yaradacaq
İKT
- 09 may, 2019
- 07:07
Yaponiyanın “Toyota” və “Panasonic” şirkətləri yaşayış evlərində, şəhərsalmada istifadə edilə bilən şəbəkə texnologiyaları hazırlayacaq birgə müəssisə yaratmağı planlaşdırır.
“Report” “Kyodo”ya istinadən xəbər verir ki, yeni şirkət gələn ilin əvvəllərindən mənzillərdə fərdi servis sistemləri üçün istifadə edilə bilən texnologiyalar hazırlayacaq.
“Gündəlik həyata yeni bir dəyər qazandırmaq üçün gücümüzü birləşdirib sərf edəcəyik”, - “Panasonic”in prezidenti Kazuhiro Tsuqa birgə bəyanatda qeyd edib.
“Toyota” şirkəti yeni sistemin tikinti və ticarətdən tutmuş elektrik maşınları da daxil olmaqla yeni nəqliyyat vasitələri və mənzillərin enerji təchizatınadək bir çox sahələrdə istifadə oluna biləcəyini bildirib.
Son xəbərlər
01:48
Tramp: ABŞ-nin müdafiə sənayesi müəssisələri silahı çox ləng istehsal edir
Digər ölkələr01:19
Azərbaycan klubu Çelenc Kubokunda mübarizəni dayandırıb
Komanda01:16
"Barselona" "Atletik"i məğlub edərək İspaniya Superkubokunun finalına çıxıb
Futbol01:07
Video
Qərbi Azərbaycan Xronikası: Hay kimliyi və "Erməni məsələsi"nin 200 illik kökü
Daxili siyasət00:58
Ağ Ev: Tramp komandası ilə Qrenlandiyanın satın alınmasını müzakirə edir
Digər ölkələr00:30
Hələbdə toqquşmalar zamanı beş nəfər ölüb, 30-dan çox insan xəsarət alıb
Digər ölkələr00:17
Füzuli və Cəbrayıl rayonlarında yanğınlar qeydə alınıb
Hadisə23:57
"Karvan" musiqi qrupunun təsisçisi Sevinc Kərimova vəfat edib
İncəsənət23:45