Yuxarı
    Bağlamaq

    Hesabat: Azərbaycan İKT inkişafı qlobal reytinqində 55-ci yeri tutur

    BTİ: Dünya əhalisinin 47 faizindən çoxu artıq internetə çıxış əldə edib

    Bakı. 23 noyabr. REPORT.AZ/ Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının (İKT) inkişafı qlobal reytinqinde 55-ci yer tutur.

    "Report" xəbər verir ki, bu, Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) hesabatında bildirilib.

    Hesabata əsasən, MDB ölkələrindən Rusiya reytinqdə 43-cü, Qazaxıstan 52-ci, Ermənistan 71-ci sırada qərarlaşıb. Moldova sıralamada 68-ci, Gürcüstan 72-ci, Ukrayna isə 76-cıdır.

    Sənəddə vurğulanıb ki, 2016-cı ilin sonlarına olan məlumata əsasən, dünya əhalisinin 95 faizi mobil telefon rabitəsi ilə əhatə olunub, 47 faizindən çoxu isə artıq internetə çıxış əldə edib.

    Koreya Respublikası ardıcıl ikinci il informasiya-kommunikasiya texnologiyalarının inkişafı baxımından reytinqə liderlik edir. 175 ölkə arasında ilk onluğa həmçinin Avropa İttifaqının yeddi ölkəsi, Çin və Yaponiya da daxil edilib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi