Kibercinayətkarlar zərərli proqram təminatlarını yaymaq üçün son vaxtlar məşhur televiziya seriallarının pirat versiyalarını istifadə edirlər.
“Report” xəbər verir ki, “Kaspersky Lab”ın mütəxəssisləri son iki ildə məşhur olan teleşouların epizodlarını təqdim edən zərərli faylların yüklənməsi statistikasını təhlil edərək belə qənaətə gəliblər.
Ən “viruslu” 2018-ci ildə bütün zərərli faylların 17%-ni təşkil edərək “Taxtların oyunları” (Games of Thrones) serialı olub. Maraqlıdır ki, keçən il bu fantastika dramının yeni seriyaları çıxmayıb. Müqayisə üçün qeyd edək ki, 2017-ci ildə, bütün dünya bu serialın yeni sezonuna baxan zaman, bu göstərici 22% olub.
Ümumiyyətlə, zərərvericilər “Taxtların oyunları” vasitəsi ilə bütün dünyada 21 minə yaxın istifadəçiyə hücum ediblər. "Kaspersky Lab"ın mütəxəssisləri hesab edirlər ki, ən təhlükəli serialın hər sezonun ilk və son seriyaları olur: məhz bu seriyalarla zərərvericilər daha çox zərərli fayllar gizlətməyə çalışırlar. Ən aktiv isə serialın ilk epizodu olan “Qış yaxındadır” epizodunu istifadə edirlər.
Kaspersky Lab-ın ekspertləri indiyə kimi “Taxtların oyunları” adı ilə 33 növ təhlükə və 505 zəzərli proqram təminatları qeydə alıblar. Ən çox istifadəçilər troyan (üçdə bir hallarda), reklam proqram təminatı (28%) və yükləmələr (21%) istifadə edirlər.
Birincilərin təhlükəsi çox aydındır: troyanlar yoluxmuş cihaza böyük zərər verə bilər, konfidensial məlumatların oğurlanmasından tutmuş gadjet üzərində tam nəzarəti ələ keçirməyə qədər. Ancaq reklam proqram təminatı üzərindən yaranan risk çox da aydın deyil, bu zərərvericilər istifadəçinin rəqəmsal cihazlarla qarşılıqlı fəaliyyətində lazımsız reklamları göstərməklə və ya axtarışın nəticələrini dəyişdirərək ciddi təsir edə bilər.
“Biz görürük ki, zərərli proqram təminatlarını yayanlar məşhur teleserialların pirat versiyalarına güclü maraq göstərirlər: onlar sevdikləri şouların yeni seriyasını daha tez görmək istəyən istifadəçilərin səbirsizliyindən istifadə edirlər. “Taxtların oyunları” serialının son sezonunun çıxması ərəfəsində kibercinayətkarların yenı aktivliyini gözləmək olar – yəqin ki, yeni seriyalar adı altında zərərli proqram təminatlarının sayı artacaq”, – bunu "Kaspersky Lab"ın antivirus üzrə mütəxəssisi Anton İvanov deyib.
“Taxtların oyunları”ndan başqa yüksək yoluxma riski həmçinin digər məşhur serial olan “Gəzən ölülər”dən (təbii ki, söhbət onun pirat versiyasından gedir) gəlir. 2018-ci ilin potensial təhlükəli serialların top siyahısına həmçinin “Ox”, “Fors-majorlar”, “Vikinqlər”, “Böyük partlayış nəzəriyyəsi”,”Qeyri adi”, “Ehtirasın anatomiyası”, “Bu bizik” və “Yaxşı həkim” filmləri daxildir.
"Kasperski Lab" məşhur serialların adı altında yayılan zərərli proqram təminatlarının qurbanına çevrilməmək üçün istifadəçilərə bir sıra məsələləri məsləhət görür.
Öncə yoxlanılmış, əqli mülkiyyət hüquqlarını qoruyan multimediya kontenti istehsal edən və yayan legitim servisləri seçmək lazımdır.
Yüklənən faylın genişlənməsinə fikir verin - əgər bu videofayldırsa, heç bir halda .exe genişlənməsi ola bilməz (ancaq zərərli proqram təminatlarında belə hallar tez-tez olur).
Veb-saytın saxta olub-olmamasını yoxlamaq lazımdır, o cümlədən əvvəldə https yazılması və URL ünvanının düzgün yazılmasını xüsusən.
Yeni seriyaların nümayışını elan edən şübhəli linklərə keçməyin – rəsmi cədvəli təqib etmək və baxışları ona uyğun etmək yaxşı olar.
Bütün növ hücumları tanıyan və blok edən “Kaspersky Security Cloud” etibarlı qoruma həlləri istifadə etmək lazımdır.