Azərbaycan Ümumdünya Poçt İttifaqının konqresində təmsil olunub

Azərbaycan Ümumdünya Poçt İttifaqının konqresində təmsil olunub Bakı. 18 sentyabr. REPORT.AZ/ Ümumdünya Poçt İttifaqının (ÜPİ) Efiopiyanın paytaxtı Əddis Əbəbə şəhərində keçirilən 2-ci növbədənkənar konqresi başa çatıb. Konqresdə dünyanın 130 ölkəsini təmsil edən mindən çox nümayəndə iştirak edib. Tədbirdə Azərbaycan nümayəndə heyəti ilə təmsil olunub.
İKT
18 Sentyabr , 2018 10:39
Azərbaycan Ümumdünya Poçt İttifaqının konqresində təmsil olunub
0 : 00
0 : 00

Bakı. 18 sentyabr. REPORT.AZ/ Ümumdünya Poçt İttifaqının (ÜPİ) Efiopiyanın paytaxtı Əddis Əbəbə şəhərində keçirilən 2-ci növbədənkənar konqresi başa çatıb. Konqresdə dünyanın 130 ölkəsini təmsil edən mindən çox nümayəndə iştirak edib. Tədbirdə Azərbaycan nümayəndə heyəti ilə təmsil olunub.

Bu barədə "Report"a Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən məlumat verilib.

Konqresdə ÜPİ-nin strukturunda təklif olunan islahatlar, bu təşkilatda üzvlük haqqı sistemində dəyişikliklər, poçt əməliyyatlarının aparılması üzrə Ümumdünya Poçt Konvensiyasında bir sıra dəyişikliklər və sair məsələlər müzakirə olunub. Konqresin sonunda ÜPİ-nin yekun aktları qəbul olunub.

Konqres sənədlərinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Hökuməti adından Katibliyə siyasi bəyanat təqdim edilib. Bəyanatda Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən ölkəmizin ərazisinin 20%-nin işğal olunması bir daha dünya ictimaiyyətinin nəzərinə çatdırılıb. Bildirilib ki, Ermənistan Respublikasının silahlı qüvvələrinin Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionu və ətraf rayonlarını işğal etməsi ilə əlaqədar, Azərbaycan Respublikası Ümumdünya Poçt Konvensiyasının tələblərini Ermənistan Respublikasına münasibətdə tətbiq etməyəcək.

“Azərbaycan Respublikasının ərazisinin 20%-nin Ermənistan tərəfindən uzun illər işğal altında saxlanması nəticəsində respublikamızın iqtisadiyyatına, o cümlədən poçt sektoruna külli miqdarda ziyan dəyib. İşğal altında olan Azərbaycan Respublikasının ərazilərində Ümumdünya Poçt Konvensiyasının poçt markalarının dövriyyəsi haqqında müddəalarını (Konvensiya, maddə 6) həyata keçirmək mümkünsüz olub. Ermənistanın “Dağlıq Qarabağ Respublikası” adlanan qondarma qurum tərəfindən qanunsuz poçt markaları buraxması ÜPİ-nin Ümumdünya Poçt Konvensiyasının tələblərinə ziddir” - bəyanatda qeyd edilib.

Konqresdə, həmçinin nazirlər səviyyəli forum keçirilib, poçt sənayesində gələcək inkişaf tendensiyaları üzrə fikir mübadilələri aparılıb, verilən təklifləri ümumiləşdirməklə bu istiqamətdə strategiyanın hazırlanması təklif edilib. Tədbirin məqsədi sahə üzrə mütəxəssislərin imkanlarını artırmaq üçün məlumat mübadiləsi aparmaq, habelə kibertəhlükəsizliklə bağlı insidentlərə qarşı mübarizə qruplarının fəaliyyətinin idarəolunması, fəaliyyət mexanizmləri ilə əlaqəli məsələləri müzakirə etməkdir. Tədbirin son iki günündə keçiriləcək kibertəlimlərdə altı müxtəlif senari üzrə kiberhücumlara qarşı mübarizə üsulları üzrə mütəxəssislərin səriştələri test ediləcək ki, bu da onların təcrübələrinin artırılması və qabaqcıl texnologiyalara yiyələnməsi üçün faydalı olacaq.

Son xəbərlər

Orphus sistemi