Yuxarı

Nazirlik: 2011-ci ildən Azərbaycanda 110 minə yaxın elektron imza sertifikatı verilib

2011-ci ildən 12 300 dövlət qurumuna 110 min elektron imza sertifikatı

"2011-ci ildən bu günə qədər 12 300 dövlət qurumuna 109 684 elektron imza sertifikatı verilib". 

"Report" xəbər verir ki, bunu Bakıda keçirilən 2-ci Bakı Elektron Ticarət Forumunda (BEF-2019) çıxış edən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin (MHM) direktorunun müşaviri və Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Arif Mailov deyib.

A.Mailovun sözlərinə görə, "Elektron İmza" vasitəsi ilə aparılan əməliyyatların sayı 38 milyona çatıb: "Elektron imza əldə edən hüquqi şəxslərin sayı 49 646, fiziki şəxslərin sayı isə 40 060-dır. Elektron imza və avtorizasiya tranzaksiyalarının sayı isə 37 914 562-yə bərabərdir".

Qeyd edək ki, iki gün davam edəcək tədbir “İnnovasiya həftəsi” çərçivəsində baş tutub. Ölkəmizdə artıq ikinci dəfədir keçirilən tədbir elektron ticarət sahəsinin son trendləri və müsbət tendensiyaların müzakirəsi üçün mühüm platforma rolunu oynayır. Forumun ilk günündə elektron ticarətin müxtəlif istiqamətləri üzrə 4 sessiya təşkil edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi