Zakir Həsənov Gürcüstanın Azərbaycandakı səfiri ilə görüşüb
Hərbi
- 04 oktyabr, 2018
- 08:53
Bakı. 4 oktyabr. REPORT.AZ/ Müdafiə naziri general-polkovnik Zakir Həsənov Gürcüstanın Azərbaycandakı yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradze ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, səfiri Azərbaycanda diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edən nazir ona iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində uğurlar arzulayıb.
Azərbaycanda səfir kimi fəaliyyətə başlamasından məmnun olduğunu bildirən diplomat Azərbaycan-Gürcüstan əlaqələrinin, xüsusilə hərbi sahədə əməkdaşlığın inkişafı üçün səylərini əsirgəməyəcəyini deyib.
Görüşdə regiondakı hərbi-siyasi vəziyyət, ikitərəfli hərbi əməkdaşlıq və digər məsələlər müzakirə olunub.
Son xəbərlər
18:05
Araşdırma: Fransada əhalinin təxminən yarısı irqçilik halları ilə üzləşib
Digər ölkələr18:03
Elnur Çodarov Norveçin "Valerenqa" klubunda təcrübə proqramında iştirak edir
Futbol17:55
Foto
Qazaxıstanın mədəniyyət və informasiya nazirinin müavini "Report"un fəaliyyəti ilə tanış olub
Media17:53
Media: İran və ABŞ arasında danışıqlar aprelin 11-də keçirilə bilər
Digər ölkələr17:52
Nəvaf Salam: Livan İsrailin hücumuna görə BMT TŞ-yə şikayət verəcək
Digər ölkələr17:39
"Atəşgah Həyat Sığorta" maliyyə vəziyyətini açıqlayıb
Maliyyə17:39
WUF13-ə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkəti monitorinq ediləcək
İnfrastruktur17:36
Cəlal Qasımov: "Kapital bazarı məhduddur və özəl emitentlərin sayı azdır"
Biznes17:28