İranın müdafiə naziri Azərbaycana səfər edəcək

İranın müdafiə naziri Azərbaycana səfər edəcək Müdafiə naziri general-polkovnik Zakir Həsənov İranın Azərbaycandakı səfiri ilə görüşüb
Hərbi
14 Aprel , 2015 17:22
İranın müdafiə naziri Azərbaycana səfər edəcək

Bakı. 14 aprel. REPORT.AZ/ Bu gün müdafiə naziri general-polkovnik Zakir Həsənov İranın Azərbaycandakı səfiri Möhsün Pakayin ilə görüşüb.

Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Görüşdə müdafiə naziri Azərbaycan ilə İran arasında münasibətlərin inkişafında ölkə rəhbərlərinin görüşlərinin mühüm rol oynadığını və hərbi sahədə də əlaqələrin uğurla davam etdiyini bildirib.

Regiondakı hərbi-siyasi vəziyyətə toxunan Z.Həsənov Ermənistanın işğalçılıq siyasətinin bu gün də davam etdiyini və danışıqların uzadılmasının bölgədəki şəraitə mənfi təsir göstərdiyini diqqətə çatdırıb.

Səfir İranın Azərbaycanın ərazi bütövlüyünü və ədalətli mövqeyini dəstəklədiyini, işğal olunmuş ərazilərdə qondarma separatçı qurum tərəfindən təxribat məqsədilə keçirilməsi planlaşdırılan "seçki"lərin regionda sabitliyi pozmaq niyyətilə edildiyini və onun nəticələrinin ölkəsi tərəfindən heç bir halda tanınmayacağını bildirib.

Görüşdə İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri general-mayor Hüseyn Dehqanın aprelin 20-21-də Azərbaycana işçı səfərinin detalları müzakirə edilib, keçiriləcək danışıqlarda hərbi əməkdaşlıq sahəsində baxılacaq məsələlərə dair fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi