Nəcməddin Sadıkov İsrailə rəsmi səfərə gedib

Hərbi
  • 23 oktyabr, 2018
  • 07:33
Nəcməddin Sadıkov İsrailə rəsmi səfərə gedib
Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov

Bakı. 23 oktyabr. REPORT.AZ/ Azərbaycan müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov israilli həmkarı general-leytenant Qadi Ayzenkotun dəvəti ilə oktyabrın 23-də Tel-Əviv şəhərinə yola düşüb.

Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Rəsmi səfər çərçivəsində general-polkovnik N.Sadıkovun İsrailin müdafiə naziri Aviqdor Liberman, Baş Qərargah rəisi Qadi Ayzenkot və digər rəsmi şəxslərlə görüşü, müdafiə sənayesi sahəsində fəaliyyət göstərən müəssisələri ziyarət etməsi nəzərdə tutulub.