Yuxarı
    Bağlamaq

    Azərbaycan ordusunun mühəndis istehkam bölmələrinin taktiki-xüsusi təlimi keçirilib

    Təlimlərdə birləşmələrin döyüşə hazır vəziyyətə gətirilməsi, сəmləşmə rayonuna marş, ərazidə yerləşmə üzrə tapşırıqlar məşq etdirilib

    Bakı. 15 iyun. REPORT.AZ/ Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən Azərbaycan Silahlı Qüvvələrinin mühəndis-istehkam birləşmələrinin taktiki-xüsusi təlimi keçirilib.

    Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

    Təlimlərdə birləşmələrin döyüşə hazır vəziyyətə gətirilməsi, сəmləşmə rayonuna marş, ərazidə yerləşmə, hücum əməliyyatında mühəndis təminatına hazırlıq və onun yerinə yetirilməsi üzrə tapşırıqlar məşq etdirilib.
    Təlim rəhbərləri və komandanlıq tərəfindən şəxsi heyətin praktiki hazırlığı, bacarıq və vərdişləri yüksək qiymətləndirilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi