Azərbaycan ordusunun mühəndis istehkam bölmələrinin taktiki-xüsusi təlimi keçirilib

Azərbaycan ordusunun mühəndis istehkam bölmələrinin taktiki-xüsusi təlimi keçirilib Təlimlərdə birləşmələrin döyüşə hazır vəziyyətə gətirilməsi, сəmləşmə rayonuna marş, ərazidə yerləşmə üzrə tapşırıqlar məşq etdirilib
Hərbi
15 İyun , 2017 14:12
Azərbaycan ordusunun mühəndis istehkam bölmələrinin taktiki-xüsusi təlimi keçirilib

Bakı. 15 iyun. REPORT.AZ/ Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən Azərbaycan Silahlı Qüvvələrinin mühəndis-istehkam birləşmələrinin taktiki-xüsusi təlimi keçirilib.

Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Təlimlərdə birləşmələrin döyüşə hazır vəziyyətə gətirilməsi, сəmləşmə rayonuna marş, ərazidə yerləşmə, hücum əməliyyatında mühəndis təminatına hazırlıq və onun yerinə yetirilməsi üzrə tapşırıqlar məşq etdirilib.
Təlim rəhbərləri və komandanlıq tərəfindən şəxsi heyətin praktiki hazırlığı, bacarıq və vərdişləri yüksək qiymətləndirilib.

Son xəbərlər

Orphus sistemi