Bakı. 2 yanvar. REPORT.AZ/ "Biz real vəziyyəti bilməliyik. Hərbi hissələrdə “Açıq qapı” günlərində valideynlərə müraciət edirəm ki, bura bir-birimizi tərifləməyə gəlməmişik. Məqsədimiz odur ki, problemlər aşkara çıxarılsın və həll edilsin”.
“Report” xəbər verir ki, bunu müdafiə naziri, general-polkovnik Zakir Həsənov deyib.
O qeyd edib ki, həqiqətin üzə çıxarılması üçün
Nazir “Real tv”yə müsahibəsində media nümayəndələrinə də çağırış edib: “Hərbi hissələrdə həyata keçirilən işlər yüksək səviyyədədir. Amma tək-tük neqativ hallar da olur. Kimsə nöqsana yol verirsə, bunu bilməliyik, valideyn deməlidir, bu, bir xahişdir. “Açıq qapı” günləri 3 aydan bir keçirilir, özü də eyni hərbi hissələrə getmirik. Media nümayənədləri prosesə qoşulsunlar, nöqsan varsa, çəksinlər, amma doğru, düzgün təqdim etsinlər. Şəxsi münasibətlərə görə yalan yazmasınlar. Söhbət məndən, səndən, digərindən getmir. Söhbət Azərbaycan Ordusundan gedir, onlar həssasdılar, çünki düşmənlə üz-üzədirlər, gördüklərə işə qiymət verilməsini gözləyirlər. Ona görə həmişə deyirəm ki, müsahibə götürəndə, ilk növbədə, əsgərdən götürün. Əsas əsgərdir, əsgərsiz komandir də, general da olmaz. Xahiş edirəm ki, media nümayəndələri “Açıq qapı” günləri mən gedən hərbi hissəyə deyil, başqalarına baş çəksinlər. Kimsə fikirləşə bilər ki, nazir hara gedirsə, orada yaxşı şərait yaradılır...”