Yuxarı

Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub

Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub
© mod.gov.az

Bakı. 25 sentyabr. REPORT.AZ/ Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2018" üçüncü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində müdafiə naziri, general-polkovnik Zakir Həsənov Bakıda səfərdə olan Türkiyənin milli müdafiə nazirinin müavini Muhsin Dərənin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüşdə regional təhlükəsizlik, Azərbaycanla Türkiyə arasında hərbi əlaqələrin əsas istiqamətləri, hərbi, hərbi-texniki, hərbi təhsil və hərbi tibb sahələrində əməkdaşlığın inkişaf etdirilməsi, ekspert qruplarının qarşılıqlı səfərlərinin təşkili, eləcə də maraq doğuran digər məsələlər müzakirə olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi