Nazirlikdən "Report"a verilən məlumata görə, cari il ərzində Müdafiə Sənayesi Nazirliyinin birlik və müəssisələrinin istehsal və təsərrüfat fəaliyyətinin yekunları, 2020-ci ildə bu sahədə qarşıda duran vəzifələr müzakirə edilib.
Müdafiə Sənayesi naziri
Bildirildi ki, ölkə başçısının bu sahəyə göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində ötən müddət ərzində Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində müasir növ silahlar, döyüş sursatları, hərbi texnika, mühəndis-texniki vasitələr və digər müdafiə təyinatlı məhsullar istehsal edilərək Silahlı Qüvvələrə təhvil verilib.
Milli Ordunu yeni nəsil silah növləri ilə təmin etmək məqsədilə Müdafiə Sənayesi Nazirliyi tərəfindən yeni layihələrin reallaşdırılması istiqamətində məqsədyönlü işlərin davam etdirildiyi də diqqətə çatdırılıb.
Müşavirədə müdafiə təyinatlı məhsulların yaradılması və istehsalı ilə bağlı 2020-ci ildə qarşıda duran məsələlərə dair geniş müzakirələr aparılıb.