Zakir Həsənov iki gündə ikinci dəfə İran ordusunun Baş Qərargah rəisi ilə görüşüb

Zakir Həsənov iki gündə ikinci dəfə İran ordusunun Baş Qərargah rəisi ilə görüşüb Bakı. 17 yanvar. REPORT.AZ/ Müdafiə naziri general-polkovnik Zakir Həsənov yanvarın 17-də Azərbaycanda rəsmi səfərdə olan İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Baqerinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Hərbi
17 Yanvar , 2019 13:50
Zakir Həsənov iki gündə ikinci dəfə İran ordusunun Baş Qərargah rəisi ilə görüşüb

Bakı. 17 yanvar. REPORT.AZ/ Müdafiə naziri general-polkovnik Zakir Həsənov yanvarın 17-də Azərbaycanda rəsmi səfərdə olan İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Baqerinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüşdə iki gün ərzində işçi qruplarda aparılan danışıqların nəticələri müzakirə edilib və hərbi əməkdaşlığın digər istiqamətlərində münasibətlərin genişləndirilməsi ilə bağlı bir daha fikir mübadiləsi aparılıb.

Tərəflər icra edilən tədbirləri yüksək qiymətləndirərək bu cür qarşılıqlı səfərlərin keçirilməsinin vacibliyini xüsusi vurğulayıblar.

Qeyd edək ki, Z.Həsənov yanvarın 16-da da M.Baqeri ilə görüşüb

Son xəbərlər

Orphus sistemi