Bakı. 28 mart. REPORT.AZ/ Martın 28-də Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov Ankaradakı Heydər Əliyev Parkını ziyarət edib.
Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin parkdakı heykəli önünə əklil qoyulub, xatirəsi ehtiramla yad olunub.