Rusiyalı general: Ermənistan Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanıdıqdan sonra sülhməramlıların çıxarılmasına dair qərar qəbul edilib

Rusiyalı general: Ermənistan Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanıdıqdan sonra sülhməramlıların çıxarılmasına dair qərar qəbul edilib Ermənistan Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanıdıqdan sonra Moskva və Bakı sülhməramlı fəaliyyətin hədəfə çatdığı üçün Rusiya sülhməramlı kontingentinin çıxarılması prosesinə başlanmasına dair birgə qərar qəbul ediblər.
Hərbi
15 May , 2024 15:00
Rusiyalı general: Ermənistan Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanıdıqdan sonra sülhməramlıların çıxarılmasına dair qərar qəbul edilib

Ermənistan Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanıdıqdan sonra Moskva və Bakı sülhməramlı fəaliyyətin hədəfə çatdığı üçün Rusiya sülhməramlı kontingentinin çıxarılması prosesinə başlanmasına dair birgə qərar qəbul ediblər.

"Report"un xəbərinə görə, bunu Rusiya Silahlı Qüvvələri Quru Qoşunlarının Baş Komandanının birinci müavini, Quru Qoşunlarının Baş Qərargah rəisi general-polkovnik Yevgeni Nikiforov Xocalıda sülhməramlı kontingentin Azərbaycanın Qarabağ bölgəsindən çıxarılmasına həsr olunmuş tədbirdə deyib.

Onun sözlərinə görə, Rusiya sülhməramlıları qarşıya qoyulmuş vəzifələri yerinə yetiriblər: "Sülhün bərqərar olunması prosesində istehkamçılarımız tərəfindən minlərlə hektar ərazi minalardan təmizlənib, 30 mindən çox partlayıcı maddə aşkarlanaraq məhv edilib".

Son xəbərlər

Orphus sistemi