Türkiyə Silahlı Qüvvələri müxtəlif yerlərdə təlimlərini davam etdirir

Türkiyə Silahlı Qüvvələri müxtəlif yerlərdə təlimlərini davam etdirir Türkiyə Silahlı Qüvvələri döyüş hazırlığı və şəxsi heyətin peşəkarlığını gücləndirmək məqsədilə hazırda bir neçə təlimlər keçirir
Hərbi
5 Fevral , 2021 18:15
Türkiyə Silahlı Qüvvələri müxtəlif yerlərdə təlimlərini davam etdirir

Türkiyə Silahlı Qüvvələri döyüş hazırlığı və şəxsi heyətin peşəkarlığını gücləndirmək məqsədilə hazırda bir neçə təlim davam edir.

“Report” xəbər verir ki, Türkiyə hərbçiləri ölkənin Ağrı, Qars şəhərlərində, habelə Pakistanda təlimlər keçirlər.

Məlumata görə, Ağrıda yerləşən 1-ci Mexanikiləşdirilmiş Piyada Briqadası Komandanlığı tərəfindən “Döyüş səviyyələri təlimi”, “Minaatan təlimi”, həmçinin pusqu ilə dinləmə və kəşfiyyat ilə müşahidə fəaliyyəti icra edilib.

Eyni zamanda Qarsda Əlahiddə Ümumqoşun Ordu və Türkiyə Silahlı Qüvvələri bölmələrinin iştirakı ilə keçirilən "Qış təlimi-2021" təlimləri davam edir. Təlimlərin növbəti mərhələsində bölmələr mürəkkəb əməliyyat şəraitində döyüş əməliyyatlarının mühəndis təminatı üzrə taktiki-xüsusi tapşırıqları yerinə yetiriblər. Əsas diqqət tank körpüquranları, maneələğvetmə texnikası və mühəndis döyüş sursatlarının tətbiq edilməsinə yönəldilib. Təlimlər fevral ayının 12-dək davam edəcək.

Bundan başqa, Türkiyə Silahlı Qüvvələrinin bölmələri 1998-ci ildən ənənəvi olaraq keçirilən Pakistan ilə birgə təlimlərdə də iştirak edir. Pakistanda keçirilən hərbi təlimlərin məqsədi Pakistan və Türkiyə Silahlı Qüvvələrinin bölmələri arasında qarşılıqlı əməkdaşlıq və birgə işləmə qabiliyyətini inkişaf etdirməkdir. Mütəmadi keçirilən təlimlər Türkiyədə olduqda Pakistanın qurucusu Məhəmməd Əli Cinnahın adını, Pakistanda olduqda isə Atatürkün adını daşıyır. Təlimlər fevralın 20-dək davam edəcək.

Son xəbərlər

Orphus sistemi