Şəhid Eldəniz Verdiyev dəfn olunub - YENİLƏNİB

Şəhid Eldəniz Verdiyev dəfn olunub - YENİLƏNİB Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Eldəniz Verdiyevlə vida mərasimi keçirilir.
Hərbi
324
5 İyun , 2021 12:01
Şəhid Eldəniz Verdiyev dəfn olunub - YENİLƏNİB

Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Eldəniz Verdiyev dəfn olunub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, o, Göygöl şəhər Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

10.38

Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Eldəniz Verdiyevlə vida mərasimi keçirilir.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, şəhidin nəşi ailəsinin yaşadığı Göygöl rayon Murovdağ qəsəbəsindəki evə gətirilib.

Vida mərasimdə şəhidin yaxınları, ictimaiyyət nümayəndələri, hərbçi yoldaşları və rayon sakinləri iştirak edir.

Vida mərasimi başa çatdıqdan sonra Şəhidlər Xiyabanında dəfn olunacaq.

Qeyd edək ki, Kəlbəcər rayonunun Seyidlər kənd sakini Verdiyev Eldəniz Rabil oğlu 1999-cu ilin oktyabr ayının 4-də anadan olub. Ailəsi müvəqqəti olaraq Göygöl rayon Murovdağ qəsəbəsində məskunlaşıb. Şəhid E.Verdiyev subay idi.

Xatırladaq ki, Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu - əsgər kimi xidmət etmiş şəhidimiz Vətən müharibəsinin ilk günlərində Murovdağ istiqamətində gedən döyüşlərdə itkin düşmüşdü.

Son xəbərlər

Orphus sistemi