Şəhid bacısı: Qəhrəman hərbçilərimiz qardaşımın qisasını alıblar

Şəhid bacısı: Qəhrəman hərbçilərimiz qardaşımın qisasını alıblar Azərbaycanın qəhrəman hərbçiləri şəhid Bilal Qəhramanovun qisasını alıblar.
Hərbi
20 Sentyabr , 2024 19:51
Şəhid bacısı: Qəhrəman hərbçilərimiz qardaşımın qisasını alıblar

Azərbaycanın qəhrəman hərbçiləri şəhidlərimizin qisasını alıblar.

"Report"un Qərb bürosunun məlumatına görə, bunu 31 ildən sonra nəşinin qalıqları tapılaraq Gədəbəydə dəfn olunan şəhid Bilal Qəhramanovun bacısı Nazangül Qəhramanova bildirib.

"O, çox vətənpərvər oğul idi. Deyirdi ki, ana-bacılarımızın qisasını almadan ölməyəcəyəm. O, öz arzusuna çatdı, qisasını alaraq şəhid oldu. Lakin bizim arzumuz gözümüzdə qaldı, onun sağ-salamat evimizə dönməsini gözləyirdik. Şükür ki, qəhrəman hərbçilərimiz qardaşımın qisası alıblar. Başda cənab Prezidentimiz İlham Əliyev olmaqla, bu işlərdə əziyyəti keçən hər kəsə təşəkkür edirəm," - deyə şəhid bacısı bildirib.

Qeyd edək ki, Bilal Qəhrəman oğlu Qəhrəmanov 1970-ci il iyunun 1-də anadan olub. O, 1994-cü il yanvarın 4-də Ağdam rayonunun Qarakənd kəndi (“Çeyl” yüksəkliyi) istiqamətində itkin düşüb.

B.Qəhramanovun nəşinin qalıqları Gədəbəy Şəhidlər xiyabanında dəfn olunub.

Son xəbərlər

Orphus sistemi