Rusiya və Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisləri görüşəcəklər

Rusiya və Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisləri görüşəcəklər Valeri Gerasimov Bakıya gəlib
Hərbi
7 Sentyabr , 2017 14:14
Rusiya və Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisləri görüşəcəklər

Bakı. 7 sentyabr. REPORT.AZ/ Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov Azərbaycanın müdafiə nazirinin birinci müavini, Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov ilə görüşəcək.

"Report" Rusiya Müdafiə Nazirliyinin İnformasiya və Kütləvi Kommunikasiya Departamentinə istinadən xəbər verir ki, görüş V.Gerasimovun Azərbaycana işgüzar səfəri çərçivəsində baş tutacaq.

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Bakıya NATO-nun Hərbi Komitəsinin sədri, general-polkovnik Petr Pavel ilə beynəlxalq təhlükəsizliyin aktual məsələləri barədə danışıqlar aparmaq məqsədi ilə gəlib.

Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, səfər çərçivəsində V.Gerasimovun Azərbaycan Prezidenti İlham Əliyevlə də görüşü planlaşdırılıb.