Qətər nümayəndəsi: Azərbaycan bazarında yeni şirkətlər yaratmaq niyyətindəyik

Qətər nümayəndəsi: Azərbaycan bazarında yeni şirkətlər yaratmaq niyyətindəyik Azərbaycanla hazırda davam edən müqavilələrimiz var, investisiya qoyulub, birgə müəssisə də burada fəaliyyət göstərir.
Hərbi
25 Sentyabr , 2024 13:50
Qətər nümayəndəsi: Azərbaycan bazarında yeni şirkətlər yaratmaq niyyətindəyik
Sultan İbrahim Al-Kuvari

Azərbaycanla hazırda davam edən müqavilələrimiz var, investisiya qoyulub, burada birgə müəssisə də fəaliyyət göstərir.

Bunu "Report"a açıqlmasında ADEX sərgisində iştirak edən Qətərin "Barzan Holdinq"in proqram inkişafı direktoru Sultan İbrahim Al-Kuvari deyib.

O bildirib ki, şirkət hərbi geyimlər, silah-sursat istehsal edərək dünya bazarına çıxarır:

"Bizim hərbi məhsullarımız çoxdur. Kataloqumuz var. Hazırda onu Azərbaycan rəsmlərinə təqdim etmişik. İndi də Azərbaycan rəsmiləri ilə müəyyən danışıqlar aparılır. Biz Azərbaycan bazarında yeni şirkətlər yaratmaq niyyətindəyik".

Şirkət rəsmisi qeyd edib ki, həm Azərbaycan həm də dünyanın müxtəlif ölkələrindən onların istehsal etdikləri hərbi məhsullara böyük maraq var:

"Biz də şirkət olaraq bu marağı hiss edirik və məhsul istehsalını artırmaq istəyirik".

Foto: Ehtiram Cəbiyev

Son xəbərlər

Orphus sistemi