Azərbaycan MN: "Ermənistanın əks-həmləsi dəf edilib, düşmən təşviş içində mövqelərindən qaçır"

Azərbaycan MN: "Ermənistanın əks-həmləsi dəf edilib, düşmən təşviş içində mövqelərindən qaçır" Ermənistan silahlı qüvvələri bölmələrinin əks-həmləsi hərbçilərimiz tərəfindən dəf edilib.
Hərbi
16 Noyabr , 2021 16:33
Azərbaycan MN: Ermənistanın əks-həmləsi dəf edilib, düşmən təşviş içində mövqelərindən qaçır

Ermənistan silahlı qüvvələri bölmələrinin əks-həmləsi hərbçilərimiz tərəfindən dəf edilib.

Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Qarşı tərəfin dövlət sərhədi boyunca istənilən döyüş aktivliyi bölmələrimiz tərəfindən izlənilir.

Erməni hərbi qulluqçularının qorxu və təşviş içində mövqelərini tərk etməsi, şəxsi heyəti arasında çaxnaşma müşahidə edilir.

Ermənistan silahlı qüvvələrinin sərhəd boyu cəmləşdirilən canlı qüvvəsi və hərbi texnikası hədəf altındadır.

Qarşı tərəfə məxsus döyüş texnikası sıradan çıxarılıb.

Əməliyyat taktiki üstünlük Azərbaycan Ordusunun bölmələri tərəfindədir.

"Bir daha bəyan edirik ki, sərhəddə baş verən gərginliyə görə Ermənistan hərbi-siyasi rəhbərliyi məsuliyyət daşıyır", Müdafiə Nazirliyindən bildirilib.

Son xəbərlər

Orphus sistemi