Azərbaycan Ordusunun PUA bölmələri təlim uçuşları keçirib

Azərbaycan Ordusunun PUA bölmələri təlim uçuşları keçirib Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2022-ci il döyüş hazırlığı planına uyğun olaraq pilotsuz uçuş aparatları (PUA) ilə təlim-məşq uçuşları icra edilib. Hərbi qulluqçuların əvvəlcə nəzəri və praktiki b
Hərbi
16 may 2022 13:55
Azərbaycan Ordusunun PUA bölmələri təlim uçuşları keçirib

Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2022-ci il döyüş hazırlığı planına uyğun olaraq pilotsuz uçuş aparatları (PUA) ilə təlim-məşq uçuşları icra edilib.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

Hərbi qulluqçuların əvvəlcə nəzəri və praktiki bilikləri, eləcə də simulyasiya trenajorlarında pilotsuz uçuş aparatlarının (PUA) idarə edilməsi üzrə bacarıqları yoxlanılıb.

Təlimlər çərçivəsində pilotsuz uçuş aparatlarının (PUA) heyətləri müxtəlif hündürlüklərdə ərazi kəşfi apararaq şərti düşmənin yerüstü hədəflərinin koordinatlarının təyin edilməsi və əldə edilən məlumatların idarəetmə məntəqələrinə ötürülməsi üzrə tapşırıqları yerinə yetiriblər.

Vətən müharibəsində qazanılan döyüş təcrübəsi nəzərə alınmaqla keçirilən təlimlərin əsas məqsədi heyətlərin praktiki vərdişlərinin təkmilləşdirilməsidir.

Son xəbərlər

Orphus sistemi