Birinci Qarabağ müharibəsində itkin düşən Azərbaycan Ordusunun döyüşçüsü Əli Hüseynovun meyitinin qalıqları 30 ildən sonra Füzuli rayonunda dəfn olunub.
"Report"un Qarabağ bürosunun verdiyi xəbərə görə, şəhid rayonun Aşağı Yağlıvənd kənd qəbiristanlığında torpağa tapşırılıb.
Mərasimdə şəhidin ailə üzvləri, yaxınları, rəsmi şəxslər, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Birinci Qarabağ müharibəsində itkin düşən Azərbaycan Ordusunun döyüşçüsü Əli Hüseynovun meyitinin qalıqları 30 ildən sonra Füzuli rayonuna gətirilib.
"Report"un Qarabağ bürosunun verdiyi xəbərə görə, hazırda şəhidlə vida mərasimi keçirilir.
Mərasimdə şəhidin ailə üzvləri, yaxınları, rəsmi şəxslər, ictimaiyyət nümayəndələri iştirak edirlər.
Vida mərasimindən sonra şəhid rayonun Aşağı Yağlıvənd kənd qəbiristanlığında dəfn ediləcək.
Qeyd edək ki, Hüseynov Əli Heydər oğlu 1968-ci il avqustun 13-də Füzuli rayonunun Yuxarı Yağlıvənd kəndində anadan olub. 1991-ci ilin axırlarında könüllü olaraq ordu sıralarına yazılıb. Füzuli, Xocavənd ərazisində gedən döyüşlərdə iştirak edib.
Ə.Hüseynov 1993-cü il avqustun 6-da Füzuli rayonunun Govşaltı kəndinin azadlığı uğrunda gedən döyüşlərdə itkin düşüb.
2020-ci ilin 44 günlük Vətən müharibəsi ilə torpaqlarımız işğaldan azad olunandan sonra həmin ərazilərdə azərbaycanlıların kütləvi şəkildə basdırıldığı məzarlıqlar aşkarlanıb.
Ekspertiza nəticəsində meyit qalıqlarından birinin Ə.Hüseynova məxsus olduğu təsdiqlənib.