Bakı. 2 yanvar. REPORT.AZ/ “Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab
“Report” xəbər verir ki, bunu müdafiə naziri, general-polkovnik
Nazirin sözlərinə görə, hərbi hissələrdə “Açıq qapı” günləri təşkil edilir, burada əsgərlərin şəraiti, özlərinin vəziyyəti ilə tanış olmağa imkan yaradılır: “Yəni əsgər harada yatır, nə yeyir, bir sözlə necə təmin olunur...”.
Z.Həsənov “Real tv”yə müsahibəsində bildirib ki, orduda təminat məsələlərinə mülki şəxslər baxırlar: “Hazırda 20 minə yaxın mülki şəxs orduda təsərrüfat işləri ilə məşğul olur. Onlar qab yuyurlar, yemək bişirirlər, camaşırxanalarda işləyirlər. Bu həm də iş yeridir. Digər tərəfdən də, bu, əsgərləri təsərrüfat işlərindən ayıraraq döyüş hazırlığına yönəltməkdir. Əsgərlər bütün təsərrüfat işlərindən ayrılıb. Hələlik ön xəttə buna imkan yoxdur, amma mərhələli şəkildə bunu həll edəcəyik. İnanıram ki, 2019-cu ildə bu məsələ tam başa çatacaq. “Açıq qapı” elan edirik ki, gəlib baxsınlar, görsünlər. Biz özümüzü reklam etmirik. Biz gərək əsgərlərimizi təbliğ edək”.