Azərbaycana qarşı törədilən hərbi cinayətlər nəticəsində mülki şəxslər həlak olub.
"Report" xəbər verir ki, bunu müdafiə nazirinin müavini - Baş direktor Aqil Qurbanov oktyabrın 7-də Bakıda keçirilən "Hərbi əməliyyatların idarə olunmasında beynəlxalq qaydalar üzrə yüksək səviyyəli seminar”da (SWIRMO) deyib.
Onun sözlərinə görə, 30 il ərzində davamlı olaraq müharibə cinayətləri törədilib: "Mülki əhali, infrastruktur, bağçalar, məktəblər atəşə tutulub. 30 ildən çoxdur itkin düşən dörd min azərbaycanlı haqqında məlumat verilmir".
A.Qurbanov bildirib ki, hazırda bölgədə basdırılan minalar təhdiddir: "2020-ci il 10 noyabr üçtərəfli birgə bəyanatından sonra 379 nəfər mina qurbanı olub. Eyni zamanda Azərbaycanın azad etdiyi ərazilərdə 156 mindən çox partlamamış hərbi sursat aşkar olunub. Bu günədək təqdim olunan mina xəritələri isə qeyri-dəqiqdir".