Bakı. 15 iyul. REPORT.AZ/ Müdafiə naziri general-polkovnik
Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, iki ölkə arasında ənənəvi dostluq və qardaşlıq əlaqələrindən məmnunluq ifadə olunan görüşdə hərbi, hərbi-texniki, hərbi təhsil sahələrindəki əməkdaşlıq və qarşılıqlı etimadın güclənməsinə xidmət edən fəaliyyətlər, Azərbaycanla Qazaxıstanın regional təhlükəsizliyi məsələləri müzakirə olunub.
Regiondakı hərbi-siyasi vəziyyətə toxunan müdafiə naziri vurğulayıb ki, Azərbaycan əraziləri hələ də işğal altında saxlanılır və səbri tükənmiş Azərbaycan xalqı torpaqlarının tezliklə azad olunmasını tələb edir. Eyni zamanda müdafiə naziri Ermənistan-Azərbaycan,
Azərbaycana səfərindən məmnunluğunu bildirən qonaq Silahlı Qüvvələrin, hərbi, müdafiə infrastrukturunun və sənayesinin yüksək səviyyədə inkişafını vurğulayaraq ölkəsinin bu təcrübədən istifadə edəcəyini deyib.
Sonra Azərbaycan-Qazaxıstan hərbi əlaqələrinə və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.
Görüşdə Qazaxıstan Respublikasının ölkəmizdəki hərbi attaşesi, polkovnik Almas Bazarbayev iştirak edib.