Müdafiə naziri cəbhə bölgəsində yerləşən zirehli texnikaların döyüş hazırlığını yoxlayıb

Müdafiə naziri cəbhə bölgəsində yerləşən zirehli texnikaların döyüş hazırlığını yoxlayıb Bakı. 31 dekabr. REPORT.AZ/ Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, cəbhəboyu zonada olan Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti zirehli texnikaların döyüş hazırlığını yoxlayıb.
Hərbi
31 Dekabr , 2018 10:42
Müdafiə naziri cəbhə bölgəsində yerləşən zirehli texnikaların döyüş hazırlığını yoxlayıb

Bakı. 31 dekabr. REPORT.AZ/ Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, cəbhəboyu zonada olan Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti zirehli texnikaların döyüş hazırlığını yoxlayıb.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib. 

Müdafiə naziri hərbi hissədəki şəraitlə tanış olaraq hərbi texnikalara baxış keçirib, onların heyətlərinin hazırlığını yoxlayıb və döyüş tətbiqi ilə bağlı müvafiq tapşırıqlar verib.

Son xəbərlər

Orphus sistemi