Hulusi Akar NATO müdafiə nazirlərini Cənubi Qafqazdakı vəziyyətlə bağlı məlumatlandırıb

Hulusi Akar NATO müdafiə nazirlərini Cənubi Qafqazdakı vəziyyətlə bağlı məlumatlandırıb “Azərbaycan, Liviya kimi dost və qardaş ölkələrdə dostlarımızın, qardaşlarımızın haqlı mübarizələrini əlimizdən gəldiyi qədər dəstəkləməyə çalışırıq”.
Hərbi
18 fevral 2022 08:30
Hulusi Akar NATO müdafiə nazirlərini Cənubi Qafqazdakı vəziyyətlə bağlı məlumatlandırıb
Hulusi Akar

“Azərbaycan, Liviya kimi dost və qardaş ölkələrdə dostlarımızın, qardaşlarımızın haqlı mübarizələrini əlimizdən gəldiyi qədər dəstəkləməyə çalışırıq”.

“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar NATO müdafiə nazirlərinin iclasından sonra jurnalistlərə açıqlamasında deyib.

“Regionumuz gərgin dövrdən keçir. Belə bir vaxtda NATO müdafiə nazirlərinin iki günlük iclası baş tutdu. Toplantıda başda Ukrayna məsələsi olmaqla Alyansın gündəmində olan regional və qlobal məsələlər müzakirə olundu”, - nazir vurğulayıb.

H.Akar bildirib ki, NATO-ya üzv olan ölkələrin müdafiə nazirləri ilə görüşlərdə Cənubi Qafqazda baş verən proseslərdən danışıb və son vəziyyəti həmkarlarının diqqətinə çatdırıb: “Cənubi Qafqazdakı regional əməkdaşlığın hər kəsin xeyrinə olduğunu söylədim”.

O, iclasda həmçinin İŞİD, əl-Qaidə, FETÖ, PKK/YPG kimi terror təşkilatlarına qarşı mübarizədən də danışıb. Nazir deyib ki, Türkiyə bu sahədə müttəfiqlərdən daha çox əməkdaşlıq təşəbbüsləri gözləyir.

Son xəbərlər

Orphus sistemi