“Son zamanlar səfərbərlikdən xidmətə çağrılmış və Vətən müharibəsindən sonra tərxis edilmiş vətəndaşlarımızın bəziləri öz müraciətlərini sosial şəbəkələr vasitəsilə edirlər. Həmin müraciətlər anonim olduğundan biz onlara köməklik edə bilmirik”.
“Report” xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov deyib.
“Həmin şəxslərə bir daha xatırladırıq ki, onları narahat edən hər hansı məsələlərin həlli üçün Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzindəki komissiyaya yazılı və şifahi formada müraciət etmələri kifayət edir. Sosial şəbəkələrdə yayılan bu məlumatlar Müzəffər Azərbaycan Ordusunun nüfuzuna xələl gətirir. Eyni zamanda, bu, düşmən dəyirmanına su tökmək deməkdir”, - nazirlik rəsmisi bildirib.