Minatəmizləmə Agentliyinin yeni loqosu təqdim olunub

Minatəmizləmə Agentliyinin yeni loqosu təqdim olunub Minatəmizləmə Agentliyinin (ANAMA) yeni loqosunun təqdimat mərasimi olub.
Hərbi
5 Sentyabr , 2022 12:18
Minatəmizləmə Agentliyinin yeni loqosu təqdim olunub

Minatəmizləmə Agentliyinin (ANAMA) yeni loqosunun təqdimat mərasimi olub.

“Report”un xəbərinə görə, tədbirdə bildirilib ki, 1998-ci ildə ümummilli lider Heydər Əliyevin sərəncamı ilə təsis edilmiş Agentliyin əsasında ölkə Prezidentinin 2021-ci il 15 yanvar tarixli Fərmanı ilə yaradılan publik hüquqi şəxs statuslu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin qarşısında yeni strateji hədəflər yer alıb.

"Vətən müharibəsində şanlı ordumuzun qazandığı qələbədən sonra Agentlik işğaldan azad edilmiş və müharibə təsirinə məruz qalmış ərazilərin minalardan, partlamamış hərbi sursatlardan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan təmizlənməsi, zərərsizləşdirilməsi, eləcə də bu sahə üzrə icra edilən fəaliyyəti əlaqələndirir.

ANAMA yeni vəzifə və öhdəliklərə, “Böyük Qayıdışa” doğru yolumuza Agentliyin yeni missiyasını əks etdirən loqo ilə addımlamaq niyyətindədir", - mərasimdə bildirilib.

Belə ki, səkkizguşəli ulduzdan ibarət yeni loqo yaradılış, yenilik, əbədiyyət rəmzi olaraq yeniliklərin yaradılması, yeni hədəflərə çatmağımızı əks etdirir. Mərkəzdəki dairə birlik və sabitlik rəmzi olaraq dövlət və vətəndaş birliyini, dəstəyini, bərabərlik şəklində sağlam addımlamağımızı ehtiva edir. Göy rəng sülh rəmzi olaraq, başımızın üzərindəki açıq səmanı, əmin-amanlığı, qurub-yaratmağı bildirir. Bütün elementlər isə ümumiləşərək günəşli sabaha – “Böyük Qayıdış”a - tam təhlükəsiz mühitin yaradılmasına yönəlir.

Təşkil olunan tədbir Azərbaycanda akkreditə olunmuş səfirlik və beynəlxalq təşkilatların nümayəndələrinin, Agentliyin rəhbər şəxslərinin, eləcə də media nümayəndələrinin iştirakı ilə keçirilib.

Son xəbərlər

Orphus sistemi