Milli Qəhrəman İlqar Mirzəyevin xatirəsi anılıb

Milli Qəhrəman İlqar Mirzəyevin xatirəsi anılıb İkinci Şəhidlər xiyabanında Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyevin doğum günü münasibətilə anım tədbiri keçirilib. Müdafiə Nazirliyinin bir qrup zabiti, Vətən müharibəsinin iştirakçıları, ictimaiyyət nümayəndələri, Milli Qəhrəmanın ailə üzvləri və
Hərbi
193
8 May , 2022 12:31
Milli Qəhrəman İlqar Mirzəyevin xatirəsi anılıb

İkinci Şəhidlər xiyabanında Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyevin doğum günü münasibətilə anım tədbiri keçirilib.

"Report" bu barədə Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Müdafiə Nazirliyinin bir qrup zabiti, Vətən müharibəsinin iştirakçıları, ictimaiyyət nümayəndələri, Milli Qəhrəmanın ailə üzvləri və döyüş yoldaşları onun məzarını ziyarət edib, önünə əklil və gül dəstələri qoyublar.

Anım mərasimində əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Çıxış edənlər qəhrəmanımızın şərəfli həyat yolundan, vətənpərvər zabit kimi Vətənə qüsursuz xidmətindən, şücaət və igidliyindən danışıblar.

Milli Qəhrəmanın ailə üzvləri göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərin xatirələrinin daim uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidentinə və Müdafiə Nazirliyinin rəhbərliyinə dərin minnətdarlığını bildirib.

Son xəbərlər

Orphus sistemi