İran dronlarının viran qoyduğu Ukrayna qəsəbələri - FOTOREPORTAJ

İran dronlarının viran qoyduğu Ukrayna qəsəbələri - FOTOREPORTAJ Son günlər Ukrayna ərazisinə Rusiya tərəfindən İran dronları ilə intensivləşən hücumların əsas hədəfi Kiyev vilayətidir.
Hərbi
22 Dekabr , 2022 12:04
İran dronlarının viran qoyduğu Ukrayna qəsəbələri - FOTOREPORTAJ

Son günlər Ukrayna ərazisinə Rusiya tərəfindən İran dronları ilə intensivləşən hücumların əsas hədəfi Kiyev vilayətidir.

Obuxova rayonu da vilayətin strateji rayonu kimi, bu hücumların əsas hədəf nöqtəsinə çevrilib. Hücumlar nəticəsində rayonun qəsəbə və kəndlərində elektrik və internet təminatı demək olar, yararsız hala düşüb. İnsanlar əsasən mini generatorlardan istifadə edirlər.

Rayon Hərbi Administrasiyasının rəhbəri Oleksandr Qomon "Report"un Şərqi Avropa bürosuna bildirib ki, dünən və srağagün baş vermiş hücumlardan sonra Obuxova rayonunun yaşayış məntəqələrində bərpa işləri aparılır.

"Biz bütün əraziləri bərpa edəcəyik. Bəli, son aylarda baş vermiş hücumlar rayona böyük zərər vursa da, biz hər şeyi bərpa edəcəyik. Biz qalib xalqıq və bu müharibədə də qalib gələcəyik. Bərpa işlərində bizə kömək edən xarici tərəfdaşlara minətdarlığımızı bildiririk. Son hücum nəticəsində 20-dən çox şəxsi və çoxmənzilli evə ziyan dəyib. Kontuziya almış, yüngül yaralanmış sakinlər var. İnsanlarımız artıq buna öyrəşib. Buna görə də, həyəcan siqnalını eşidən kimi dərhal sığınacaqlarda gizlənirlər", - o deyib.

Qeyd edək ki, dron hücumları Kiyevə əsasən Belarus istiqamətindən olur. Bunlar "Şahid 136" və "Mohajer" tipli İran dronlarıdır. Bildirilir ki, hətta İran mütəxəssisləri bunun üçün Belarus ərazisində Rusiya hərbçiləri üçün hazırlıq keçirlər.

"Report"un əməkdaşının hadisə yerindən hazırladığı fotoreportaj təqdim edirik:

Son xəbərlər

Orphus sistemi