HHM Qoşunlarının radiotexniki bölmələri ilə taktiki-xüsusi təlim keçirilir

HHM Qoşunlarının radiotexniki bölmələri ilə taktiki-xüsusi təlim keçirilir Cari ilin hazırlıq planına uyğun olaraq, Hərbi Hava Qüvvələrinin (HHQ) Hava Hücumundan Müdafiə (HHM) Qoşunlarının radiotexniki bölmələri ilə taktiki-xüsusi təlim keçirilir. Plana uyğun olaraq həyəcan siqnalı ilə qaldırılan bölmələr döyüşə hazır vəziyyətə
Hərbi
21 Avqust , 2024 17:35
HHM Qoşunlarının radiotexniki bölmələri ilə taktiki-xüsusi təlim keçirilir

Cari ilin hazırlıq planına uyğun olaraq, Hərbi Hava Qüvvələrinin (HHQ) Hava Hücumundan Müdafiə (HHM) Qoşunlarının radiotexniki bölmələri ilə taktiki-xüsusi təlim keçirilir.

Bu barədə “Report”a Müdafiə Nazirliyinin (MN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, plana uyğun olaraq həyəcan siqnalı ilə qaldırılan bölmələr döyüşə hazır vəziyyətə gətirilib, kiçik ölçülü, aşağı hündürlüklü və az sürətli hədəflərin vaxtında aşkarlanması və aidiyyəti üzrə bölmələrə ötürülməsi üzrə fəaliyyətləri icra ediblər.

Təlimin keçirilməsində əsas məqsəd şərti düşmənin qəfil hava hücum vasitələrinin dəf edilməsi zamanı idarəetmə heyətinin praktiki vərdişlərinin təkmilləşdirilməsi, eləcə də müxtəlif və mürəkkəb hava, yer, radioelektron şəraitlərdə radiotexniki və rabitə vasitələrinin döyüş imkanlarından effektiv istifadə üsullarının öyrənilməsidir.

Son xəbərlər

Orphus sistemi