Hərbi qulluqçular arasında səmti müəyyənetmə yarışı keçirilib

Hərbi qulluqçular arasında səmti müəyyənetmə yarışı keçirilib Quru Qoşunlarının 2022-ci tədris ilinə hazırlıq planına əsasən hərbi qulluqçular arasında səmti müəyyənetmə yarışı keçirilib. Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirə
Hərbi
3 Sentyabr , 2022 17:01
Hərbi qulluqçular arasında səmti müəyyənetmə yarışı keçirilib

Quru Qoşunlarının 2022-ci tədris ilinə hazırlıq planına əsasən hərbi qulluqçular arasında səmti müəyyənetmə yarışı keçirilib.

Müdafiə Nazirliyindən "Report"a bildirilib ki, əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Yarışa start verilməmişdən öncə hərbi qulluqçular təlimatlandırılıb. Qeyd olunub ki, birinciliyin keçirilməsində əsas məqsəd hərbi qulluqçuların dözümlülüyünü artırmaq, onların kompas və xəritədən istifadə etmə bacarıqlarını təkmilləşdirməkdir.

Yarışlarda 7 komandanın 38 hərbi qulluqçusu mübarizə aparıb. İştirakçılar təyin olunan məsafəyə qaçış edərək xəritə üzərində göstərilən hədəflərin aşkarlanması tapşırıqlarını yerinə yetiriblər. Yarışın qaydalarına əsasən kişi hərbi qulluqçular 4 km məsafədə 10 nəzarət nöqtəsini, qadın hərbi qulluqçular isə 3 km məsafədə 8 nəzarət nöqtəsini müəyyənləşdiriblər.

Quru Qoşunlarının və Azərbaycan Respublikası Səmti Müəyyənetmə İdman Federasiyasının hakimlər komissiyasının üzvləri yarışın yekun nəticələrinə əsasən qalibləri müəyyən edib.

Qaliblər fəxri fərman, kubok və medallarla mükafatlandırılıblar.

Son xəbərlər

Orphus sistemi