Azərbaycan Hərbi Hava Qüvvələrində döyüş atışlı təlim keçirilib

Azərbaycan Hərbi Hava Qüvvələrində döyüş atışlı təlim keçirilib Cari ilin döyüş hazırlığı planına uyğun olaraq Hərbi Hava Qüvvələrinin (HHQ) helikopter bölmələri ilə döyüş atışlı təlim keçirilib. Təlimin senarisinə uyğun olaraq helikopter bölmələri bazalanma aerodromlarından uçuşlar edərək, poliqonda şərti düşmənin y
Hərbi
29 Sentyabr , 2022 15:50
Azərbaycan Hərbi Hava Qüvvələrində döyüş atışlı təlim keçirilib

Cari ilin döyüş hazırlığı planına uyğun olaraq Hərbi Hava Qüvvələrinin (HHQ) helikopter bölmələri ilə döyüş atışlı təlim keçirilib.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

Təlimin senarisinə uyğun olaraq helikopter bölmələri bazalanma aerodromlarından uçuşlar edərək, poliqonda şərti düşmənin yerüstü hədəflərinin məhv edilməsi, eləcə də aviasiya vasitələrinin terror-diversiya qruplarından mühafizəsi üzrə tapşırıqları yüksək peşəkarlıqla yerinə yetiriblər.

Döyüş fəaliyyətlərinin təşkili, o cümlədən qüvvələrin döyüşdə idarə olunması üzrə helikopter ekipajları və desant heyətlərinin bacarıqlarının təkmilləşdirilməsi məqsədilə keçirilən təlimdə qarşıya qoyulan tapşırıqlar uğurla icra olunub.

Son xəbərlər

Orphus sistemi