Füzuli Beynəlxalq Hava Limanında DSX-nin bölməsi fəaliyyət göstərəcək

Füzuli Beynəlxalq Hava Limanında DSX-nin bölməsi fəaliyyət göstərəcək "Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında torpaqlarımız işğaldan azad olunduqdan sonra bu ərazilərdə müxtəlif təyinatlı hərbi və digər strateji infrastrukturun yaradılması işlərinin həyata keçirilməsinə ba
Hərbi
694
5 Sentyabr , 2021 14:01
Füzuli Beynəlxalq Hava Limanında DSX-nin bölməsi fəaliyyət göstərəcək
Rəşad Məşədiyev

"Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında torpaqlarımız işğaldan azad olunduqdan sonra bu ərazilərdə müxtəlif təyinatlı hərbi və digər strateji infrastrukturun yaradılmasına başlanılıb və hazırda bu işlər davam etdirilməkdədir".

"Report" xəbər verir ki, bu fikirləri Füzuli Beynəlxalq Hava Limanında jurnalistlərə açıqlamasında Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat katibi, polkovnik-leytenant Rəşad Məşədiyev deyib.

"Bu gün biz bu işlər çərçivəsində inşa olunan Müzəffər Ali Baş Komandanımızın Qarabağın hava qapısı adlandırdığı Füzuli Beynəlxalq Hava Limanındayıq. Burada digər xidmətlərlə yanaşı, Dövlət Sərhəd Xidmətinin müvafiq bölməsi fəaliyyət göstərəcək. Hava limanında sərhəd nəzarətinin etibarlı təşkili məqsədilə yaradılan Sərhəd Nəzarəti bölməsinin müvafiq texniki vasitələr və peşəkar heyətlə komplekləşdirilməsi üzrə Dövlət Sərhəd Xidməti tərəfindən zəruri işlər görülür.

Vətən müharibəsində döyüş tapşırıqlarını uğurla icra edərək dövlət sərhədlərimizin bütövlüyünü təmin edən və hazırda sərhədlərimizin keşiyini çəkən Azərbaycan sərhədçiləri Füzuli Beynəlxalq Hava Limanında da xidməti vəzifələrini şərəflə yerinə yetirəcəklər", - o əlavə edib.

Son xəbərlər

Orphus sistemi