MN: Ermənistanın Azərbaycana ağır zərbə vurmasına nə hərbi, nə iqtisadi, nə də digər amillər imkan verir

MN: Ermənistanın Azərbaycana ağır zərbə vurmasına nə hərbi, nə iqtisadi, nə də digər amillər imkan verir "Ermənistanın müdafiə naziri diletant çıxışı yalan və həyasızlıqdan başqa bir şey deyil"
Hərbi
28 İyun , 2017 14:06
MN: Ermənistanın Azərbaycana ağır zərbə vurmasına nə hərbi, nə iqtisadi, nə də digər amillər imkan verir

Bakı. 28 iyun. REPORT.AZ/ "Ermənistanın müdafiə naziri Vigen Sarkisyanın müharibədə Azərbaycana ağır zərbə vurulacağı və Azərbaycan Ordusunun guya son 10 gün ərzində 8 nəfər itki verməsi barədə fikirlərini acı istehza ilə qarşılayır, bildiririk ki, onun heç bir real fakta əsaslanmayan, təbliğat məqsədilə yayılan bu diletant çıxışı yalan və həyasızlıqdan başqa bir şey deyil".

Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyindən Ermənistanın müdafiə naziri Vigen Sarkisyanın müharibədə ölkəmizə ağır zərbə vurulacağı və ordumuzun guya son on gün ərzində 8 nəfər itki verməsi barədə fikirlərinə cavab olaraq bildirilib. 

"Ermənistanın müdafiə nazirinin bu sözlərini acı istehza ilə qarşılayır və bildiririk ki, heç bir real fakta əsaslanmayan, təbliğat məqsədilə yayılan onun bu diletant çıxışı yalan və həyasızlıqdan başqa bir şey deyil. Azərbaycana ağır zərbə vurulmasına Ermənistanın nə hərbi, nə iqtisadi, nə insani resursları, nə də digər amillər imkan verir. Azərbaycan əsgəri və ordunun arsenalındakı ən müasir və dağıdıcı qüvvəyə malik döyüş texnikası və silahlar işğalçının istənilən təhdidinin qarşısını almağa, onu məhv edərək ərazi bütövlüyümüzü bərpa etməyə qadirdir. İtkilərlə bağlı məsələdə isə məqsədəuyğun olardı ki, V.Sarkisyan öz ordularındakı ölüm hadisələri ilə məşğul olsun. Cəbhədəki itkilərinin sayını və ordusundakı digər ölüm faktlarını daim gizlədən məhz Ermənistan tərəfidir. Bu cür cəfəng bəyanatlar səsləndirmək əvəzinə, V.Sarkisyan Azərbaycan ordusunun cavab tədbirləri nəticəsində ermənilərin son günlərdə verdiyi itkilərin həqiqi sayını ictimaiyyətə düzgün çatdırsaydı, daha səmimi görünərdi", - nazirlikdən qeyd olunub.

Son xəbərlər

Orphus sistemi