Dövlət Sərhəd Xidməti (DSX) Akademiyasının məzunlarının təntənəli buraxılış mərasimi keçirilib.
DSX-dən "Report"a verilən məlumata görə, ənənəvi olaraq Dövlət Bayrağı Meydanında təşkil olunan mərasimdə Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti, Bakı qarnizonu hərbi hissələrinin hərbi qulluqçuları, gənc zabitlərin valideynləri və ailə üzvləri iştirak ediblər.
Mərasimdə çıxış edən DSX-nin rəisi, general-polkovnik
Azərbaycan Sərhəd Mühafizəsinə göstərilən qayğı sayəsində əldə olunmuş xidməti nailiyyətlər haqqında məlumat verilmiş, dövlət bayrağımızın qısa müddətdə işğaldan azad olunacaq şəhər və kəndlərimizdə dalğalanacağı,
Akademiyanı bitirən leytenantlara diplomlar təqdim olunmuş, gənc zabitlər “Sərhədçi andı”nı qəbul ediblər. Tədbirin sonunda zabitlər və kursantlar təntənəli marşla tribunanın önündən keçiblər.
Tədbirdən sonra E.Quliyev kursant valideynləri və ailə üzvləri ilə görüşüb, gənc sərhədçi zabitləri vətənpərvər ruhda tərbiyə etdiklərinə görə onlara minnətdarlığını bildirib.
Mərasimdən sonra gənc zabitlər ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər.